Ukraynanın sosial siyasət naziri ölkəmizə səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Ukraynanın sosial siyasət naziri ölkəmizə səfər edəcək

16:13 - 25 / 01 / 2017
Ukraynanın sosial siyasət naziri ölkəmizə səfər edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqi şəraitində aparılan sistem xarakterli islahatlar nəticəsində əldə olunmuş uğurlu təcrübəyə digər ölkələrin aidiyyəti qurumlarının marağı artmaqdadır.

1news.az-ın məlumatına görə, Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə təcrübəsini öyrənməyə, aparılan islahatlarla bağlı təcrübə mübadiləsinə maraq göstərən ölkələrdən biri də Ukraynadır. Bu məqsədlə Ukraynanın sosial siyasət naziri Andrey Revanın rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin 26-28 yanvar tarixlərində Bakıya səfəri planlaşdırılır. 

Nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi və avtomatlaşdırılmış pensiya təminatı sistemi ilə bağlı təqdimatlar edilməsi nəzərdə tutulur. Habelə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əmək bazarının və əmək miqrasiyası proseslərinin tənzimlənməsi, məşğulluq və peşə hazırlığı, əməyin mühafizəsi, əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və s. məsələlərlə əlaqədar fikir mübadilələri aparılacaq. 

Səfər çərçivəsində iki nazirlik arasında əməkdaşlıqla bağlı yeni sənədin imzalanması da gözlənilir.

1news.az

Paylaş:
410

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər