Bakıda köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edilib

09:37 - 25 / 01 / 2017
Bakıda köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edilib

Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı uşaqlar xilas edilib.

1news.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 3 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və azyaşlıları valideynlərinə təhvil veriblər.

1news.az

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər