Bakıda keçmiş rəis müavini intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda keçmiş rəis müavini intihar edib

10:38 - 25 / 01 / 2017
Bakıda keçmiş rəis müavini intihar edib

Bakıda intihar hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan məlumat veriblər.

Məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

O, yerindəcə keçinib.

Qeyd edək ki, R.Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər