Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ azərbaycanlıları olmadan Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyəcək | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ azərbaycanlıları olmadan Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyəcək

12:21 - 25 / 01 / 2017
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ azərbaycanlıları olmadan Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyəcək

Əksər ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həqiqətləri qavraması ilə bağlı problemləri var.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son hadisələri şərh edərkən deyib:

“Rusiya xarici işlər naziri Sergey Lavrovun fikrincə, işğal olunmuş ərazilərin Dağlıq Qarabağın statusunun müəyyən olunması şərti ilə azad olunması tələbi sənədlərdə göstərilib. Belə fikirlərin Ermənistana hədsiz aydın şəkildə və bir neçə dəfə deyilməsi zəruri məsələdir. Çünki əksər ermənilərin belə həqiqətləri qavraması ilə bağlı problemləri var”.

Mərkəz rəhbəri bildirib ki, Ermənistan həqiqətən Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimlənməsinin tərəfdarıdırsa, iki addım arasından ilk addım kimi seçim etməlidir. Bunlardan birincisi işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması, ikincisi isə, Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfindən deportasiya olunmuş, genosidə məruz qalmış azərbaycanlılarının Dağlıq Qarabağa qayıtması məsələsidir.

“Başqa variant yoxdur, mümkün deyil. Mümkün olsaydı, bu vaxtadək ortalığa qoyulardı”- deyən politoloqun sözlərinə görə, Yenilənmiş Madrid prinsipləri və ya ATƏT Minsk qrupuna  həmsədr ölkə prezidentlərinin imzaladığı 5 bəyanatında Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə işğal olunmuş ərazilərin qaytarılması bir-birindən asılı deyil:

“Bu iki məsələ bir-birinə 2011-ci ildə bağlansa da Ermənistan addım atmayıb. Hətta Dağlıq Qarabağın statusunun müəyyən olunması təkbaşına, ayrıca bir məsələ kimi də qoyulsa ermənilər bunun həllini tapa bilməyəcəklər. Çünki Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtmalıdırlar”.

M.Əhmədoğlu Yenilənmiş Madrid Prinsiplərində və ya ATƏT MQ  həmsədr ölkə prezidentlərinin imzaladığı 5 bəyanatda 2 istisnanın olduğunu da qeyd edib:

“Onlardan biri ondan ibarətdir ki, dünyada heç bir qüvvə Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağ azərbaycanlıları olmadan müəyyənləşdirə bilməyəcək. Azərbaycanı, eləcədə də beynəlxalq ictimaiyyəti başqa bir varianta təhrik etməyə Ermənistanın gücü yoxdur. Bu, həm də beynəlxalq hüququn tamamilə inkarı deməkdir. Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayacağını və birgə yaşayış baş tutduqdan sonra iki icma statusun müəyyən olunması ilə birgə məşğul olacağını ermənilərin dərk etməsi onlar üçün yaranmış vəziyyətdən ən yaxşı çıxış yoludur.

Lavrov və ya digər həmsədrlərin də fəaliyyətinin ən böyük qüsurları odur ki, onlar bu fikri Ermənistana açıq şəkildə demək istəmirlər. ABŞ-ın ATƏT MQ-dəki keçmiş həmsədri C.Uorlik təxminən 5 dəfə azərbaycanlılarla ermənilərin əvvəllər birgə yaşadığını və bundan sonra da birgə yaşayacağını bildirib. Amma o daha aydın şəkildə deməli idi ki, Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtmalıdırlar. Diplomatik dildə həmsədrlərin mövqeyi bəllidir. Görünür, ermənilər bu dili bilmir.

Amma ermənilər görməlidirlər ki, Azərbaycan və beynəlxalq ictimaiyyət üçün Dağlıq Qarabağla əlaqəli referendumlar və ya digər plebissitlər heç bir hüquqi gücü olmayan boş kağız parçasıdır və heç bir sənəddə onlara istinad edilmir.

Ermənilər görməlidirlər ki, Rusiya “işğal olunmuş ərazilər” terminini işlədir, ABŞ və Fransa ermənilərin xoşlamadığı adamları həmsədr postuna təyin edir. Bu gün ermənilərin xoşlamadığı diplomatı həmsədr təyin edən ABŞ Dağlıq Qarabağ münaqişəsinin ilk illərində Ermənistana tam və hərtərəfli dəstək verirdi. Eyni fikri Rusiya və Fransa haqqında da demək olar”.

Politoloq bildirib ki, Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağın statusunun müəyyən olunmasında rolu barədə ermənilərin şübhələri varsa, ATƏT MQ həmsədrlərinə sorğu göndərə və bu məsələ ilə bağlı ATƏT MQ həmsədrlərinin, o cümlədən beynəlxalq ictimaiyyətin mövqeyini öyrənə bilərlər:

“Ermənistan hal hazırda sürətlə geriləyən dövlətdir. Ermənistanın sürətlə geriləməsinin səbəbi Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, nəinki ermənilər, bəlkə də bütün Cənubi Qafqaz regionu tamam fərqli şəraitdə yaşamış olardı”.

1news.az

Paylaş:
570

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər