Bakıda qadını öldürüb qaçan sürücü tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadını öldürüb qaçan sürücü tutuldu

13:14 - 26 / 01 / 2017
Bakıda qadını öldürüb qaçan sürücü tutuldu

Bakıda piyadanı vuraraq hadisə yerində qaçan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Bakı şəhər sakini Gülqız Mustafayevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Nurlan Nəsirov tutulub.

1news.az

Paylaş:
962

Son xəbərlər

Bütün xəbərlər