Yasamaldakı yanğın işi: Zərərçəkmişlər maddi və mənəvi təzminat tələb edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamaldakı yanğın işi: Zərərçəkmişlər maddi və mənəvi təzminat tələb edir

Oksana Orucova22:04 - Bu gün
Yasamaldakı yanğın işi: Zərərçəkmişlər maddi və mənəvi təzminat tələb edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə 21 noyabr 2025-ci il tarixində Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

1news.az xəbər verir ki, məhkəmə iclasında zərərçəkmiş şəxslərin bir qismi ifadə verib. Bir çox zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirərək, hadisə nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

İfadələr zamanı bir sıra zərərçəkmiş şəxslər Loft Dent klinikasının yerləşdiyi obyektin sahibi və faktiki idarəçisi olan Abbasov Vüqar Yusif oğlunun klinikanın fəaliyyətindəki roluna toxunaraq, iş üzrə təqsirləndirilən şəxs Bəhruz Paşayevi tanımadıqlarını, əksəriyyətinin onu ümumiyyətlə görmədiyini bildiriblər. Onlar obyektin sahibi və faktiki idarəçisi Abbasov Vüqar Yusif oğlunun baş vermiş hadisədə, o cümlədən yanğın təhlükəsizliyi qaydalarının təmin edilməməsində təqsirli olduğunu qeyd edərək bu barədə məhkəmədə ciddi iradlarını səsləndiriblər.

Növbəti məhkəmə prosesi 2 dekabr 2026-cı il tarixinə təyin olunub.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər