Türkiyədə təhsil alan tələbə: “Qazandığım bilik və təcrübəni tələbələrlə paylaşmaq ən əsas məqsədimdir” – Uğur formulu – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Türkiyədə təhsil alan tələbə: “Qazandığım bilik və təcrübəni tələbələrlə paylaşmaq ən əsas məqsədimdir” – Uğur formulu – FOTO

10:23 - 27 / 01 / 2017
Türkiyədə təhsil alan tələbə: “Qazandığım bilik və təcrübəni tələbələrlə paylaşmaq ən əsas məqsədimdir” – Uğur formulu – FOTO

Təhsil Nazirliyi və “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Vüqar Qurbanovdur.

Vüqar Qurbanov 1986-cı ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini Gəncə şəhəri 26 saylı lisey orta məktəbdə alan Vüqar 2004-cü ildə Azərbaycan Tibb Universitetinin diş həkimliyi fakültəsinə daxil olub.

2009-cu ildə hərbi xidmətini başa vurduqdan sonra həmin universitetin Ağız, diş, üz-çənə cərahiyyəsi kafedrasında doktorantura səviyyəsində təhsil alıb. Vüqar hazırda həmin ixtisas üzrə ikinci doktorantura səviyyəsi üzrə təhsilini Türkiyənin Samsun şəhərində 19 Mayıs Universitetində davam etdirir.

- Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Əslində elm adamları həmişə axtarışdadır. Bu pillə artıq mənim üçün kifayət etmir. Düşünürəm ki, elm üçün başqa universitetlərə getmək, yeni əlaqələr yaratmaq lazımdır. Türkiyədə təhsilimi başa vurduqdan sonra Azərbaycanda iki dəfə tibb üzrə fəlsəfə doktoru adını alan ilk doktorant olacağam.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Valideynlərimin hər ikisi həkimdir. Atam Asif Qurbanov əməkdar həkimdir. Anam isə artıq 20 ildir ki, həkim kimi çalışır. Ailədə 3 qardaşıq. Valideynlərimin davamçısı yalnız mən oldum.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- Əminliklə deyirəm ki, dəyişməsini istədiyim nə qədər çox şey varsa, dəyişməsini istəmədiyim amillər də bir o qədərdir. Azərbaycan Tibb Universiteti ölkənin ən perspektivli universitetlərindəndir. Burada dəyişilməli olan təhsil sistemi, təhsil proqramları, elmi laboratoriyalar, yazılan dissertasiyalar, praktik məşğələlər və bir çox amillər var.

Hesab edirəm ki, bunu dəyişəcək gənc potensial nəsil artıq Azərbaycanda formalaşıb. Dövlət proqramı ilə təhsil alıb, məzun olmuş çox sayda həkimlərimiz ATU-nun kafedralarına dəvət olunmalı, onların potensialından düzgün şəkildə istifadə edilməlidir.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

- Çalışdığımız qədər hər il ölkəmizə aid xüsusi günlərdə, bayramlarda buradakı tələbələrlə bir araya gəlib, tədbirlər keçiririk və bu proseslərdə fəal şəkildə iştirak edirik. Türkiyə elə bir yerdir ki, öz ölkəmizlə oxşar cəhətləri çoxdur, burada hər kəs Azərbaycanı tanıyır.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Müəllim-tələbə münasibətləri məni qane edir. Hətta deyərdim ki, burada tələbə və müəllimlər çox sərbəstdirlər. Əslində belə olması çox yaxşı haldır. Amma bunlarla yanaşı nə qədər sərbəstlik də olsa düşünürəm ki, müəllim və tələbə arasında hər zaman bir hörmət, sayğı olmalıdır.

- Daha çox hansı çətinlikləriniz olub?

- Təbii ki, çətinlik hər zaman var. Amma bu çətinliklər yadda qalmırsa, uğurların fonunda itirsə, deməli ciddi çətinlik deyilmiş. Burada maraqlı hadisələrlə tez-tez rastlaşıram. Ən çox da dillə bağlı olur. Azərbaycan dilində danışmağıma görə xəstələrlə maraqlı dialoqlar alınır.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Əcnəbi tələbələrə münasibət hər yerdə eynidir. Yəni, hər zaman əcnəbi tələbə olduğun hiss olunur. Dediyim kimi, bu hər yerdə belədir. Türkiyədə təbii ki, bu o qədər də hiss olunmur.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Mən yalnız öz sahəmi şərh etməklə cavab verə bilərəm. Türkiyədən Azərbaycanın tibbi təhsilinə baxanda dəyişdirilməsi çox şeylərin olduğunu görmək mümkündür. Bunların səbəbləri çoxdur. Elmi potensial var, ancaq buna uyğun lazimi şərait qurulmalıdır. Çox bacarıqlı, bilikli həkim kadrlarımız var. Bu insanları doğru zamanda, doğru mövqedə istifadə etmək lazımdır.

- Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Boş vaxtım çox olmur. Həqiqəti söyləsəm, olan zamanlarda da səmərəli istifadə etmirəm. Amma çalışdığım qədər elmi məqalələrə baxıram. Müxtəlif ölkələrdə keçiriləcək konfranslarda, toplantılarda nümayiş etdirmək üçün elmi işlər hazırlayıram.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ?

- Təhsilimi başa vurduqdan sonra Azərbaycana mütləq dönməyi düşünürəm. Hesab edirəm ki, ATU ilə təkrar bağlarımız birləşməlidir. Həmçinin, xarici ölkələrdə qısa müddətli təlim və kurslarda təcrübə keçməyi düşünürəm. 

Xaricdə qazandığım bilik və təcrübəni tələbələrlə paylaşmaq ən əsas məqsədimdir. Xaricdə təhsil almaq, işləmək hər tələbəyə bizim kimi qismət olmaya bilər. Amma mənim kimi xaricdə təcrübə qazanmış yüzlərlə gənc kadr var ki, öz potensialından istifadə etməli, biliklərini paylaşmalıdır.

- Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz?

- Özümdə çox dəyişiklik hiss etmədim. Amma iş təcrübəmdə böyük dəyişikliklər oldu. Peşəkar insanlarla çalışdıqca həyat tərzin, baxış bucağın istər-istəməz dəyişir.

-Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istəyərdiniz?

- Əvvəlcə, Vətənimizi və insanlarımızı sevin. Hər kəsin içində bir insan sevgisi olmalıdır. Yardımlaşmağı, paylaşmağı, bölüşməyi mütləq bacarmaq lazımdır. Vacib olan isə elm arxasınca getməlidirlər. Təhsil mütləqdir. Ən azı bir xarici dili bilməlidirlər. Gənclər boş zamanlarını səmərəli dəyərləndirməlidirlər. Əl çatmayan arzu yoxdur, mübarizəsi yarımçıq buraxılan arzu var.

1news.az

 

Paylaş:
6578

Son xəbərlər

Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59
Bütün xəbərlər