Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, Bakıda və rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, Bakıda və rayonlarda qar yağacaq

13:47 - 30 / 01 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, Bakıda və rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 31-dən fevralın 2-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə arabir intensivləşəcəyi gözlənilir.

 Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 2-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

1news.az

Paylaş:
618

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər