Cərimə ödəməyən piyadalar üçün yeni üsul tapıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cərimə ödəməyən piyadalar üçün yeni üsul tapıldı – FOTO

15:47 - 01 / 02 / 2017
Cərimə ödəməyən piyadalar üçün yeni üsul tapıldı – FOTO

Hər gün Bakıda yüzlərlə piyada onlar üçün nəzərdə tutulmayan yerlərdən keçdiyi və yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnirlər.

1news.az xəbər verir ki, 2016-ci il ərzində 138 000 piyada qayda pozduğuna görə cərimələnib.

Təkcə bu ilin yanvar ayın ərzində isə 15 min nəfər piyada keçidlərindən istifadə etmədiyi üçün cərimələniblər. Bu piyadalar üçün cərimə 20 manat, magistral yollarda beton və dəmir sədləri adlayaraq yolu keçən və təhlükəli vəziyyəti yaradan piyadalar üçün isə 100 manat cərimə nəzərdə tutulub.

Cərimələr qayda pozuntularının qarşısını almaq üçün çıxış yolu kimi görünsə də, statistika onu deyir ki, piyadaların çoxu cərimələnməkdən nəticə çıxarmır. Çünki bir çox piyada eyni qayda pozuntusuna dəfələrlə yol verir.

Yol hərəkəti qaydasını pozmaq təkcə cərimələnmək deyil, bu həmdə insanların öz həyatlarını təhlükəyə atmaq deməkdir. Diqqət yetirək!

2016-cı il ərzində Azərbaycan ərazisində 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 759 nəfər həlak olub, 2003 nəfər yaralanıb.

Yol nəqliyyat hadisəsinin 44 %-ni (882) piyadaların vurulması təşkil edib, nəticədə 319 piyada həlak olub, 643-ü yaralanıb. 59 yol nəqliyyat hadisəsi piyadaların yol hərəkət qaydalarını pozmaları nəticəsində baş verib.

Bu o deməkdir ki, ötən il 882 qəzada piyada vurulub, 59 qəza isə piyadaların səhvi nəticəsində baş verib.

Məlumdur ki, bir çox piyada qayda pozmaqla yanaşı, onlara yazılan cəriməni də ödəməkdən yayınırlar. Yol polisi bunun qarşısını almaq üçün yeni üsulu icra etməyə başlayacaq.

Bu barədə məlumat verən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, Bakıda cərimə olunan piyadaların cərimə məbləğini ödəməsi üçün sahə rəislərinə, təhsil müəssisələrinə müraciətlər edilib.

V.Əsədov məlumat verib ki, cərimələnən piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir:

“Oonların da çoxu əmək fəaliyyəti ilə məşğul olanlar və tələbələrdir. Cərimə edilən piyadaların təxminən 50 faizi cərimə məbləğini ödəməkdən boyun qaçırırlar. Buna görə də həmin şəxslərin yaşadıqları ərazilərdəki sahə rəislərinə, tələbələrin oxuduqları təhsil müəssisələrinə, əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işlədikləri müəsissə və idarələrə müraciət edilib. Cərimələr işləyənlərin əmək haqqlarından tutulacaq. Piyadalardan bir daha xahiş olunur ki, piyada keçidindən istifadə etsinlər”.

Bu üsul icra edilərsə piyadalar cəriməni ödəməkdən yayına bilməyəcək.

Sonda qeyd edək ki, cərimədən yayınmaq mümkün olsa da, amma yolda məsuliyyətsiz edərkən bəladan yayınmaq bir çox hallarda mümkün olmur. Həyatımızı qoruyaq və başqalarının həyatını da təhlükəyə atmayaq.

1news.az

Paylaş:
2219

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər