İrandan Azərbaycana 8000 ədəd “Manchester” keçirmək istəyən şəxs saxlanılıb
Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, həmin məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana yüksüz vəziyyətdə gələn və Azərbaycan vətəndaşının idarə etdiyi “MAZ” markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.
Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş cəmi 8000 ədəd “Manchester” adlı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
633