Naxçıvanda qar örtüyünün hündürlüyü 70 santimetrə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda qar örtüyünün hündürlüyü 70 santimetrə çatıb

11:15 - 01 / 02 / 2017
Naxçıvanda qar örtüyünün hündürlüyü 70 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 31-i gündüzdən fevralın 1-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yanvarın 31-dən fevralın 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 23, Maştağada 8, Zabrat, Sumqayıtda 3, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda (Qax) 69, Şəkidə 25, Kişçayda 24, İsmayıllıda 22, Qubada 18, Altıağacda 17, Qəbələdə 13, Xaltan, Zaqatalada 12, Oğuzda 11, Mərəzədə 10, Qusar, Şamaxıda 9, Balakəndə 7, Lənkəran-Astara zonasında: Lerikdə 32, Rvarudda 28, Yardımlıda 19, Göytəpədə 17, Kəlvəzdə 8, Lənkəranda 6, Kiçik  Qafqazda: Daşkəsəndə 19, Gədəbəydə 18, Göygöldə 11,  Naxçıvan MR-da: Ağdərədə 70, Şahbuzda 38, Şərurda 34, Naxçıvanda 32, Mərkəzi Aran rayonlarında: Tərtərdə 23, Beyləqanda 15, Bərdədə 13, Göyçayda 10, Yevlaxda 7, Mingəçevirdə 3, Qazax-Gəncə zonasında: Tovuzda 30, Ceyrançöldə 19, Ağstafada 12, Gəncə, Cəfərxanda 6, Naftalanda 4, Şəmkirdə 3, Ağdamda 2 sm olub.

Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.

1news.az

Paylaş:
508

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər