Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

16:28 - 02 / 02 / 2017
Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 02 fevral 2017-ci il tarixdə Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər