İlham Əliyev Şri-Lanka prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Şri-Lanka prezidentini təbrik edib

18:56 - 03 / 02 / 2017
İlham Əliyev Şri-Lanka prezidentini təbrik edib

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram”.

1news.az

 

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər