Bakıda maşın yolun buzunu təmizləyən qadını vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda maşın yolun buzunu təmizləyən qadını vuraraq öldürüb

12:38 - 05 / 02 / 2017
Bakıda maşın yolun buzunu təmizləyən qadını vuraraq öldürüb

Bakıda ağır yol qəzası baş verib.

1news.az lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub.

Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü qaçıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər