Bakıda bir nəfəri təkləyərək pulunu oğurlayan 3 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bir nəfəri təkləyərək pulunu oğurlayan 3 nəfər tutulub

13:33 - 07 / 02 / 2017
Bakıda bir nəfəri təkləyərək pulunu oğurlayan 3 nəfər tutulub

Paytaxtda soyğunçuluq edən 3 nəfər tutulub.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, fevralın 6-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Fərid Zeynalova zor tətbiq edərək soyğunçuluq yolu ilə 55 manat pulunu alıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini Vüsal Şahbazov, Masallı rayon sakini Yaşar Heydərov və Laçın rayon sakini Nağı Hümbətzadə tutulublar.

1news.az

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər