Kreml türkiyəli hərbçilərin bombardman edilməsinin səbəbini açıqladı | 1news.az | Xəbərlər
Dünya

Kreml türkiyəli hərbçilərin bombardman edilməsinin səbəbini açıqladı

21:00 - 09 / 02 / 2017
Kreml türkiyəli hərbçilərin bombardman edilməsinin səbəbini açıqladı

Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus təyyarə Suriyada əməliyyat zamanı koordinatların razılaşdırılmaması səbəbindən Əl-Bab rayonunda Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbələr endirib.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib.

“Prezident Putin Təhlükəsizlik Şurasında iclas zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə məlumat verib. Rusiya lideri türkiyəli həmkarına Əl-Babda RF hərbi təyyarəsinin Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbələr endirməsi nəticəsində üç türk əsgərin həlak olmasına görə başsağlığı verib”, -Peskov deyib.

RİA Novosti

Paylaş:
2719

Son xəbərlər

Bütün xəbərlər