Hərbi qulluqçumuz qar uçqununun altında qalaraq həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçumuz qar uçqununun altında qalaraq həlak olub

11:29 - 10 / 02 / 2017
Hərbi qulluqçumuz qar uçqununun altında qalaraq həlak olub

Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

1news.az

 

Paylaş:
737

Son xəbərlər

Bütün xəbərlər