Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi qeyd olunub – FOTO

13:18 - 13 / 02 / 2017
Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi qeyd olunub – FOTO

Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, rayondakı idarə və təşkilatlarının, ictimaiyyətin, veteranların, gənclərin nümayəndələrinin və çağırışçiların iştirakı ilə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

1news.az-ın məlumatına görə, ilk öncə qonaqlar RİH-nin foyesində ümummmilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə çiçək dəstələri düzüblər

Tədbirin əvvəlində  Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd edib ki, 2012-ci il fevralın 13-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılıb. Fərman vətəndaşların hərbi xidmətə çağırışı sahəsində idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədini daşıyırdı. Keçən müddət ərzində xidmət və onun rayon İdarəsi tərəfindən xeyli iş görülüb, əməkdaşlar üzərilərinə düşən mühüm və məsuliyətli vəzifələrin öhdəsindən layiqincə gəliblər.

Toplantıda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov keçən 5 il ərzində Dövlət Xidməti və onun Səbail Rayon İdarəsi tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, idarə öz işini rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrlə sıx əlaqədə qurub, xüsusilə rayonun orta təhsil müəssisələri, yerli özünüidarə orqanları, veteran və gənclər təşkilatları ilə birgə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin, onların silahlı qüvvələrdə xidmətə hazırlığı məsələlərinin möhkəmləndirilməsi, çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının aparılması işlərinə xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, keçən müddət ərzindən Səbail rayonundan həqiqi hərbi xidmətə çağırış zamanı xidmətdən hər hansı yayınma və ya fərarilik halları olmayıb.

Tədbirlə çıxış edən müharibə veteranları, şəhid ailəsi üzvləri, gənclər, təhsil işçiləri və başqaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarını əlamətdar gün münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb, gələcəkdə də xidmət əməkdaşları ilə rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın daha sıx olacağını bildiriblər.

Tədbirin sonunda yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində fərqlənmiş bir qrup  müharibə veteranı, ictimaiyyət nümayəndəsi və pedaqoji işçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İdarəsinin Fəxri Fərmanları ilə təltif ediliblər.

1news.az

Paylaş:
1553

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər