Son 4 gündə ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son 4 gündə ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb

13:36 - 13 / 02 / 2017
Son 4 gündə ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son 4 gündə ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir sulu qar, qar yağıb.

Son 4 gün ərzində (10, 11, 12, 13 fevral) ölkə ərazisindən soyuq atmosfer cəbhələrinin keçməsi nəticəsində havanın temperaturu fevral ayının iqlim normasından 2.7-3 dərəcə aşağı olub. Bununla yanaşı, respublikanın əksər rayonlarında, o cümlədən, Abşeron yarımadasının bəzi ərazilərində müxtəlif intensivliklə arabir qar yağıb.

Böyük Qafqazda, Naxçıvan MR-da və Lənkəran-Astara zonasında intensiv qar müşahidə olunub, rayonlardan fərqli olaraq isə Abşeron yarımadası və Bakı şəhərinin bəzi ərazilərində fasilələrlə zəif qar yağması müşahidə edilsə də, qar örtüyü əmələ gəlməyib. Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyaların məlumatına əsasən son 4 gün ərzində düşən yağıntının ümumi miqdarı Qumyataqda 8, Bakıda 3, Zabrat və Maştağada 1 mm təşkil edib.

Qar yağması ilə bağlı verilən proqnoz fevralın 13-də də faktiki olaraq özünü doğruldur. Havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşam 1 dərəcə şaxta təşkil edəcək.

Hidrometeorologiya sahəsində dünya təcrübəsində qəbul olunmuş təlimatlara əsasən ölkə ərazisi, o cümlədən, Bakı və Abşeron yarımadası üzrə son 4 gün ərzində tərtib olunan proqnozların özünü tam doğrultması müşahidə olunub.

Fevralın 14-ü gündüz ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az

Paylaş:
548

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər