Cocuq Mərcanlı kəndi ərazisində çoxlu sayda hərbi sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlı kəndi ərazisində çoxlu sayda hərbi sursat aşkarlanıb - FOTO

21:46 - 13 / 02 / 2017
Cocuq Mərcanlı kəndi ərazisində çoxlu sayda hərbi sursat aşkarlanıb - FOTO

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində hərbi sursat tapılıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, hazırda agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində 280 hektar ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi əməliyyatına başlanılıb. Əməliyyatlara 90 nəfərlik işçi heyəti, 10 minaaxtaran it və 3 mexaniki minatəmizləmə maşını cəlb olunub.

Təmizləmə əməliyyatları başlanan tarixdən indiyədək 62 min 66 kvadratmetr ərazi (27 min 866 kvadratmetr əl ilə və 34,2 min kvadratmetr mexaniki üsulla), 11 ev təmizlənib və 5 partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832” və 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843”) tapılaraq zərərsizləşdirilib. Eyni zamanda, kəndin əkin üçün nəzərdə tutulmuş ərazisində də təmizləmə əməliyyatlarına start verilib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında, gələcəkdə yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrində çoxlu sayda minanın mövcud olduğu aşkarlanıb.

1news.az

Paylaş:
594

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər