Samux rayonunda nazirlik əməkdaşı saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samux rayonunda nazirlik əməkdaşı saxlanılıb

15:57 - 14 / 02 / 2017
Samux rayonunda nazirlik əməkdaşı saxlanılıb

Samux rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı vəzifəsindən sui-istifadə etdiyi üçün saxlanılıb.

1news.az salamnews-a istinadən xəbər verir ki rayonun Hacallı kəndi ərazisində Gəncə sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov ov edərkən polis tərəfindən tutulublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların artırılması və mühafizəsi departamentində müfəttiş vəzifəsində işləyən Mais Vəliyevin xidməti avtomobilinə polis baxışı keçirilən zaman oradan sənədləri olmayan “TOZ” markalı ov tüfəngi, 48 ədəd patron və 1 ədəd quş aşkarlanıb.

Saxlanılan hər iki şəxs barəsində araşdırma başlanılıb.

1news.az

Paylaş:
966

Son xəbərlər

Bütün xəbərlər