Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında illik tədbirlər planı imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında illik tədbirlər planı imzalanıb

12:46 - 14 / 02 / 2017
Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında illik tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

1news.az-ın məlumatına görə, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris  müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, “dəyirmi masa”lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.

1news.az

Paylaş:
653

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər