Sabah Bakının bir hissəsində qaz olmayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sabah Bakının bir hissəsində qaz olmayacaq

20:32 - 15 / 02 / 2017
Sabah Bakının bir hissəsində qaz olmayacaq

Sabah Bakının Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az-ın “Azəriqaz” İB-yə istinadən verdiyi xəbərə görə, qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar nəzərdə tutulmuş işlər aparılacaq.

Bu üzdən fevralın 16-da saat 09:30-dan 17:00-dək Sabunçu rayonunun Balaxanı və Sabunçu qəsəbələrinin, eləcə də Anaşkin adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılacaq işlərin Xəzər rayonunun Türkan və Stansiya Qala adlanan ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Müvafiq işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. 

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.

1news.az

 

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər