Dövlət sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib

10:29 - 15 / 02 / 2017
Dövlət sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib

Fevralın 14-də saat 15:10 radələrində Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkar edilib.

1news.az-ın Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq edib və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıblar. İlkin tibbi yardım göstərildikdən sonra yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini, 1966-cı il təvəllüdlü Qarayev Məhəmməd İsa oğlu olduğu müəyyən edilib və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər