Elmar Məmmədyarov Münhendə həmsədrlərlə görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Münhendə həmsədrlərlə görüşəcək

12:53 - 15 / 02 / 2017
Elmar Məmmədyarov Münhendə həmsədrlərlə görüşəcək

Münhen Təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da konfrans çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulur.

Münhen Təhlükəsizlik konfransı fevralın 16-17-də keçiriləcək.

1news.az

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər