Kərəm Həsənov Kürdəmirdə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kərəm Həsənov Kürdəmirdə vətəndaşları qəbul edəcək

16:48 - 16 / 02 / 2017
Kərəm Həsənov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 24 fevral tarixində Kürdəmir  rayonunda vətəndaş qəbulu keçirəcək.

1news.az-ın məlumatına görə, qəbulda yalnız Kürdəmir, Ucar, Göyçay, Zərdab rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da Kürdəmir rayonunda yerləşən Yeni Azərbaycan Partiyasının binasında  keçiriləcək.

Komitədən bildiriblər ki, qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi: (02021) 3-02-74  (02025) 5-51-62.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər