Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair ilin ilk işgüzar forumu keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair ilin ilk işgüzar forumu keçirilib

23:50 - 16 / 02 / 2017
Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair ilin ilk işgüzar forumu keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ötən illərdə olduğu kimi, 2017-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, Fond bu sahədə 2017-ci ilin ilk işgüzar forumunu fevralın 16-da Şəmkir rayonunda keçirib. 200-ə yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, aqroparkın, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalının, kiçik və orta həcmli istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının və dəyirmanın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 270 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrin inkişafına yönəldiləcək.

Tədbirdə SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildə sahibkarlıq subyektlərinin 2500-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. 2017-ci ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Fond bu il qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq (ətlik və südlük) və istixana komplekslərinin, iri fermer, intensiv bağçılıq (üzüm, alma, nar, zeytun və s.) və quşçuluq təsərrüfatlarının yaradılması, ət kəsimi və emalı, qarışıq yem və çörək istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrin maliyyələşdirilməsi, eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Forum çərçivəsində Şəmkir rayonunda dövlətin güzəştli krediti ayrılan “Şəmkir Aqropark”da aparılan işlərə baxış keçirilib. Hazırda “Şəmkir Aqropark”da 1-ci mərhələ üzrə işlər davam etdirilir. Xaçmaz rayonunda yerləşən “Yalama Aqropark”ında isə 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Digər regionlarda da aqroparklar yaradılır. Ümumilikdə, 6 aqroparkın yaradılmasına 48 milyon manat güzəştli kredit verilib.

1news.az

Paylaş:
432

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər