Fikrət Sadıxov: Bakı - dünya dövlətlərinin yüksəkvəzifəli nümayəndələrinin danışıqları üçün mükəmməl meydandır | 1news.az | Xəbərlər
Müsahibə

Fikrət Sadıxov: Bakı - dünya dövlətlərinin yüksəkvəzifəli nümayəndələrinin danışıqları üçün mükəmməl meydandır

18:25 - 17 / 02 / 2017
Fikrət Sadıxov: Bakı - dünya dövlətlərinin yüksəkvəzifəli nümayəndələrinin danışıqları üçün mükəmməl meydandır

Dünən Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirildi.

1news.az Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxovun görüş barədə onun məhz Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı fikirlərini bölüşür:

- Fikrət müəllim, necə hesab edirsiniz, dünyanın aparıcı dövlətlərinin nüfuzlu nümayəndələrinin görüşməsi üçün niyə məhz Bakıda seçildi?

- Danford və Gerasimovun kfayət qədər nüfuzlu strukturlara rəhbərlik etməsini nəzərə alaraq, düşünürəm ki, Bakı bu cür görüşlərin keçirilməsi üçün az nüfuzlu yer deyil.

Ümumiyyətlə, anlamaq lazımdır ki, son zamanlar Bakı sabiq və indki prezident, tanınmış ekspertlər, analitik və alimlərin təşrif buyurduğu beynəxalq səviyyəli vacib tədbirlərin keçirilıməsi mərkəzinə çevrilib. Bu, birincisi.

İkinci vacib məqam. Bakı Azərbaycanın paytaxtı olaraq sabitlik mərkəzidir. ABŞ və Rusiya kimi ölkələr mahiyyət etibarilə bu məqama çox diqqət edir. Onlar yaxşı bilirlər ki, burada fors-major halları və yaxud siyasi israflar başa verə bilməz. Və bu - dünya dövlətlərinin yüksəkvəzifəli nümayəndələrinin danışıqları üçün çox vacibdir.

Və üçüncüsü. Azərbaycan Şəqrlə Qərbin kəsişməsində yerləşərək Cənubi Qafqazda vacib rol oynayır. Həmçinin Azərbaycan Türkiyə ilə sıx bağlı olaraq, eləcə də İran və digər Yaxın Şərq regionları ilə yaxında yerləşir. Lakin bu cür görüşlərin bu ölkələrdə keçirilməsi ağlasığılmazlıq olar.

Azərbaycan strateji tərəfdaşı çərçivəsində Rusiya və ABŞ-la əməkdaşlıq edərək stabil dövlətdir. Etimad faktoru – düşünürəm ki, bu çox əhəmiyyətlidir. Buna gör də düşünürəm ki, seçim çox doğrudur. Belə ki, hazırda Bakı bu cür əhəmiyyətli qurumların nümayəndələrinin rahat şəkildə görüşməsi, danışıqlar aparması, müxtəlif vacib məsələləri müzakirə etməsi üçün münasib şəhərdir. Belə ki, həmin dövlətlər əmindirlər ki, burada görüşün keçirilməsi üçün bütün şərait təmin ediləcək.

- Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Necə hesab edirsiniz, Rusiya və Amerika qərargah rəislərinin Bakı görüşüşün təşkil etməklə Azərbaycan müəyyən dərəcədə regionda NATO və KTMT-nin yaxınlaşmasına dəstək göstərirmi?

- Mən bunu təsdiq etməzdim. Çətin ki, yaxın zamanlarda NATO və KTMT hansısa yaxınlaşmaya hazır olsun.

Lakin Azərbaycan bir sıra maraqların yaxınlaşmasına, deyək ki, terrorizmlə mübarizə, bu güclərin Yaxın Şərqdə İŞİD və digət terror təhlükələrinə qarşı mübarizəyə səy göstərə bilər. Burada biz müəyyən rol oynaya bilərik. Bu mənada istər ABŞ, istərsə də Rusiya üçün ümumi prinsiplərin, birgə səylərdə müəyyən rol oynaya bilər. 

- Siz Rusiya ilə ABŞ-ın terrorla mübarizədə ümumi səyləri məsələsinə toxundunuz. Azərbaycanın balanslaşdırlmış xarici siyasəti, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizliyi sayəsində bu cür əhəmiyyətli görüşün keçirilməsi üçün ölkəmizin ideal məkan olması haqda danışmaq mümkündürmü?

- İlk olaraq Azərbaycana etimad göstərməyin özü də çox şeyi ifadə edir. Aydındır ki, Rusiya ilə hər kəsə məlum olan münasibətləri nəzərə alaraq Gürcüstanda bu cür görüş keçirilə bilməzdi. İrəvan isə bu cür səviyyəli görüşlərinin keçirilməsi üçün namizəd kimi də nəzərdən keçirilmədi.

Oradakı “siyasi dəcəlliyə” dünyanın siyasi oyuncuların göz yumsa da, İrəvanda sakit siyasi atmosferdə bu cür yüksək səviyyəli görüşlərin keçirilməsi mümkün deyil. Bundan əlavə, orada uzun əsrlərdir ki, ASALA adlı terrorizmin mövcudluğunu istər Rusiyaya, istərsə də ABŞ-a aydındır. 

Onlar çox yaxşı bilirlər ki, bu cür mürəkkəb geosiyasi məqam və azğın terror zamanında Ermənistan paytaxtında bu cür görüşün keçirilməsi ağlasığmazdır. Bu, çox düzgün yanaşmadır.

Bakı isə stabilliyini hər zaman nümayiş etdirib. Ən başlıcası isə bu faktora digər – Ermənistanda başqa, uzun illərdir ki, balanslaşdırılmış xarici siyasət yürütmək praktikası da vacib məqamlardan biridir.

Bizim istər Rusiya, istərsə də ABŞ-la normal qarşılıqlı münasibətlərimiz var. Bu münasibətləri formallaşdırarkən, təbii ki, milli maraqlar da nəzərə alınır. Gələcəkdə də bu cür çoxşaxəli xarici siyasət formatı çərçivəsində fəaliyyət göstərəcəyik. Bu faktorlar da bu cür vacib danışıqların  keçirilməsi üçün çox vacib məqamlardan biridir.

- Və sonuncu sual. Bugünkü görüş Azərbaycanın dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanmasında dünya siyasət meydanında nüfuzlu oyunçuya çevrilməsinin sübutudurmu? 

- Düşünürəm ki, Rusiya və ABŞ-ın yüksəkrütbəli rəsmi şəxslərinin Bakı görüşü özü-özlüyündə əhəmiyyətlidir. Belə ki, bu görüş Moskva ilə Qərbin uzunmüddət qarşıdurmasından sonra keçirilib. Bundan əlavə, indi ABŞ prezidnti başqa şəxsdir. Belə o, dünya siyasətində proseslərin inkişafına uyğun olaraq xarici siyasətini qurur. Bu, Trampın prezident seçilməsindən sonra Rusiya ilə ABŞ-ın ilk görüşüdür.

Trampın Rusiya ilə bağlı yaxınlaşma və beynəlxalq terrorla mübarizədə səylərini məsələsində uzağa gedən bəyanatlarından xəbərdarıq. Buna görə də hesab edirəm ki, bu görüşün yerinin təyini beynəlxalq terrorla mübarizə, eləcə də uzun illər narahatlıq mənbəyi olan digər regional problemlərin həlli nöqteyi-nəzərindən çox vacibdir.

1news.az

Paylaş:
1242

Son xəbərlər

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43
Bütün xəbərlər