3 il sonra internet istifadəçilərinin sayı 4 milyardı ötəcək | 1news.az | Xəbərlər
Dünya

3 il sonra internet istifadəçilərinin sayı 4 milyardı ötəcək

16:49 - 18 / 02 / 2017
3 il sonra internet istifadəçilərinin sayı 4 milyardı ötəcək

Beynəlxalq Telekommunikasiya İttifaqının statistikasına görə, 1995-ci ildə dünya üzrə hər yüz nəfərdən biri internet xidmətindən istifadə edirdisə, 2000-ci ildə bu rəqəm yeddiyə çatıb.

1news.az Azərtac-a istinadla xəbər verir ki, internetdən istifadə edənlərin sayı 2015-ci ildə 3,2 milyard təşkil edib.

Bir il sonra isə dünyada təxminən 3,5 milyard nəfər internet çıxışına malik olub.

Ötən il Amerika qitəsində hər yüz nəfərdən 65-i, Müstəqil Dövlətlər Birliyi ölkələrində 66-sı, ərəb ölkələrində 41-i, Afrikada 25-i, Avropada 79-u, Asiya və Sakit Okeanı ölkələrində isə 42-si internetə çıxış imkanı əldə edib.

Proqnozlara görə, 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı 4,1 milyarda çatacaq.

1news.az

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər