Ağcabədi sakininin tapdığı əşya əlində partlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədi sakininin tapdığı əşya əlində partlayıb

17:25 - 18 / 02 / 2017
Ağcabədi sakininin tapdığı əşya əlində partlayıb

Ağcabədidə bədbəxt hadisə baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Minəxorlu kəndində qeydə alınıb.

Kənd sakini, 70 yaşlı Əliyev Yusif Həmid oğlu yerdən tapdığı qələmə oxşar əşyanı əlinə götürərkən partlayış baş verib. O, dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, Y. Əliyevin üç barmağı amputasiya edilib. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər