Nişanlı cütlüyün başına pəncərə düşdü - FOTO | 1news.az | Xəbərlər
Dünya

Nişanlı cütlüyün başına pəncərə düşdü - FOTO

14:51 - 19 / 02 / 2017
Nişanlı cütlüyün başına pəncərə düşdü - FOTO

Türkiyənin Əskişəhər şəhərində bədbəxt hadisə baş verib.

1news.az lent.az-a istinadən xəbər verir ki, küçədə yeriyən nişanlı cütlüyün başına pəncərə düşüb.

Binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsinin yerindən çıxıb küçəyə düşməsi zamanı Qəmzə Kara adlı qız başından ağır xəsarət alıb. Onun nişanlısı Ersin Akbulut isə yüngül zədələrlə canını qurtarıb.

Bildirilir ki, başına pəncərə düşən cütlük toya hazırlaşırmış və hadisə vaxtı alış-verişə gedirmiş.

Reanimasiya şöbəsinə yerləşdirilən qızın həyatına təhlükə qalmaqdadır.

1news.az

Paylaş:
904

Son xəbərlər

Bütün xəbərlər