Barselonada qaçqınlara dəstək mitinqi keçirilib | 1news.az | Xəbərlər
Dünya

Barselonada qaçqınlara dəstək mitinqi keçirilib

16:37 - 19 / 02 / 2017
Barselonada qaçqınlara dəstək mitinqi keçirilib

İspaniyanın Barselona şəhərində qaçqınlara dəstək mitinqi keçirilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, təşkilatçılar mitinqdə 300 min insanın iştirak etdiyini bildirib.

Polis isə bu rəqəmin 160 min olduğunu elan edib.

İştirakçılar İspaniya hökumətini beynəlxalq hüquq normalarına əməl etməyə, Yaxın Şərq və Afrikadan gələn qaçqınlara sığınacaq verməyə çağırıblar.

Mitinqdə çıxış edən Barselona şəhərinin meri Ada Kolau deyib ki, Kataloniya paytaxtı insan haqlarına əməl olunan, ümid və sülh şəhəri olmalıdır.

1news.az

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər