Hindistanda iki qatar toqquşub
Hindistanın Uttar-Pradeş ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 3 nəfər xəsarət alıb.
İnsident səhər saatlarında Tundla dərmir yolu stansiyasında baş verib. Dehli istiqamətində hərəkət edən sərnişin qatarı qarşı yolla gələn yük qatarı ilə toqquşub.
Toqquşma nəticəsində sərnişin qatarının 2 vaqonu relslərdən çıxıb.
İlkin məlumatlara görə, qəza yük qatarının maşinistinin günahı səbəbindən baş verib. Belə ki, maşinist qadağanedici siqnalları düz yerinə yetirməyib.
Dəmir yolu xəttinə dəymiş ziyan və yoldakı problemin gündüz saatlarına qədər aradan qaldırılacağı və hərəkətin hər iki tərəfdə bərpa ediləcəyi bildirilib.
Lenta.ru
507