80 yaşlı kişi 12 yaşlı qızla evlənib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Dünya

80 yaşlı kişi 12 yaşlı qızla evlənib - FOTO - VİDEO

14:36 - 21 / 02 / 2017
80 yaşlı kişi 12 yaşlı qızla evlənib - FOTO - VİDEO

Bütün dünya 80 yaşlı kişi və 12 yaşlı qızın toyundan hiddətlənib. Lakin oxşar evlilikləri dəstəkləyənlər də tapılıb.

İnteraz-ın verdiyi xəbərə görə, sosial şəbəkədə ehtimalən Səudiyyə Ərəbistanında çəkilmiş “80 yaşlı müsəlman 12 yaşlı qızla evlənir” adlı video yayılıb.

Alçaq boylu yaşlı kişi qonaqların sevinclə dolu səsləri altında evə daxil olur, yataq otağı qapısını açarla açır və yataqda əyləşir. Gəlinlik libasında olan qız həyat yoldaşını gözləyir.

 

Video geniş ictimai rezonansa səbəb olub. Bir çox ölkədən hiddətlənmiş şərhçilər “bəy”ə və “gəlin”in valideynlərinə münasibətdə tənqidlərini qeyd edirlər, bu adəti pisləyirlər.

Lakin oxşar evlilikləri dəstəkləyənlər də tapılıb. Onlar başqalarının işinə qarışmamağı, hələ qədimdən yaranan ənənələrə hörmətlə yanaşmağa məsləhət görürlər.

S.Xankişiyeva

Paylaş:
8229

Son xəbərlər

Bütün xəbərlər