Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib | 1news.az | Xəbərlər
Dünya

Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib

20:46 - 21 / 02 / 2017
Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib.

1news.az APA-ya nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Doğubayazıt Cəza Məhkəməsi S. Dəmirtaşın Türkiyə dövlətini, dövlətin qurum və orqanlarını təhqir etdiyi üçün 5 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Qeyd edək ki, HDP Türkiyə parlamentində millət vəkillərinin sayına görə 3-cü sıradadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP-nin digər həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün onun millət vəkili statusunu itirdiyi açıqlanıb. F. Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur.

1news.az

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər