Avstraliyada təyyarə ticarət mərkəzinin üzərinə düşüb, ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Avstraliyada təyyarə ticarət mərkəzinin üzərinə düşüb, ölənlər var

09:27 - 21 / 02 / 2017
Avstraliyada təyyarə ticarət mərkəzinin üzərinə düşüb, ölənlər var

Avstraliyanın Melburn şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ticarət mərkəzinin üzərinə düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində olan 5 nəfər ölüb. Onların ABŞ vətəndaşları olduğu ehtimal edilir.

Təyyarə yerə çırpılandan  sonra güclü yanğın baş verib. Həmin vaxt ticarət mərkəzi bağlı olduğundan içəridə adam olmayıb.

Qəzanın səbəbləri barədə hələ ki, rəsmi məlumat verilmir. İlkin versiyaya əsasən, təyyarənin mühərriki havaya qalxdıqdan sonra sıradan çıxıb.

1news.az

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər