Ən ucuz “iPhone” bu ölkələrdə satılır - SİYAHI
"iPhone” dünyanın bir çox ölkələrində fərqli qiymətə satılır. Bəs ən bahalı "iPhone” telefonunun təxminən 100 min dollara satıldığını bilirdinizmi?
1news.az oxu.az-a istinadən "iPhone”nun ən yüksək qiymətlə satıldığı ölkələrin siyahısını təqdim edir.
Braziliya: 843 dollar
Kosta Rika: 852 dollar
İndoneziya: 865 dollar
Norveç: 867 dollar
Banqladeş: 870 dollar
Quatemala: 889 dollar
Argentina: 900 dollar
Dominikan Respublikası: 965 dollar
Venesuela: 97 min 813 dollar. (Bunun şişirdilmiş bir rəqəm olduğunu düşünməyin. Bu vəziyyət ölkədəki hiper inflyasiyanın nəticəsidir. Bu səbəbdən dolayısı ilə xaricdən gətirilən bir çox cihazın qiyməti normadan qat-qat çox dəyər qazanır. Hətta, Venesuelada bir hamburger xaricdən gələnlər üçün 170 dollar dəyərindədir).
Türkiyə: Son zamanlar bu ölkədə ən ucuz "iPhone” modeli ("iPhone SE”) 2 min 399 TL-dən (təxminən 645 dollar) başlayan qiymətlərlə satılır. "Linio Texnologiya Qiymət Endeksi”ə görə, Türkiyə 17-ci sırada yer alır.
Bəs "Apple”nin son "iPhone” modelinin şirkət üçün xərci nə qədərdir?
"CNN Money”in bazar araşdırmasına görə, "iPhone 7”-nin əsl xərci...
Ekran: 37 dollar
Batareya: 4 dollar
Kamera: 26 dollar
Logic Board: 74 dollar
Dinamik: 11,5 dollar
Kassa: 22 dollar
Digər hissələr: 117,5 dollar
Ümumi xərc: 292 dollar
1news.az