Messi Türkiyəyə gedəcək | 1news.az | Xəbərlər
Dünya

Messi Türkiyəyə gedəcək

22:14 - 21 / 02 / 2017
Messi Türkiyəyə gedəcək

“Barselona”nın ulduz futbolçusu Lionel Messi Türkiyəyə gedəcək.

1news.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə menecer Ümit Akbulut cavab verib.

“Radyspor”a qonaq olan menecer argentinalı ulduzun aprel ya da may ayında Türkiyəyə gələrək bir firma ilə ortaqlığa imza atacağını deyib:

“Messi ilə müqavilə imzaladıq. İstanbuldakı proqramı ilə bağlı planları hazırlayırıq. Aprel və ya may ayında qonağımız olacaq”.

Qeyd edək ki, “Qalatasaray”ın alman futbolçusu Lukas Podolskinin də iş ortağı olan Akbulut menecerlik şirkətinin sahibidir.

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər