Rusiyanın məşhur teleaparıcısının Azərbaycan əsilli olduğu məlum olub – FOTO - VİDEO
Rusiyanın məşhur teleaparıcısı Andrey Malaxov azərbaycanlı çıxıb.
Rusiyanın “Birinci” kanalında yayımlanan “Jit zdorova” verilişində maraqlı hadisə yaşanıb. Belə ki, proqramın aparıcısı Yelena Malışeva Malaxovun qanının DNT analizini etdirərək onun Azərbaycan əsilli olduğunu üzə çıxarıb.
Malaxov bu barədə Instagram səhifəsində məlumat yayıb:
“Bu səhəri şokla açmışam. “Jit zdorovo” verilişini qaçıranlar üçün qısa xatırlatma: 2 ay əvvəl proqramın aparıcısı Yelena Malışeva bir çox məşhur insanlardan, o cümlədən də məndən hansı kökənə malik olmalarımızı öyrənmək üçün DNT analizi götürüb. Yelena mənən şok yaşadıb. O, məni verilişə çağıraraq bildirdi ki, boksçu Nikolay Valuyev mənim ata tərəfdən uzaq qohumumdur. Bizim xromosomlar uyğun gəlir”.
Andrey Malaxov Moskvaya Şimali Murmansk əyalətindən köçüb. Amma bununla belə, onun ata tərəfdən genetik qohumları Yəmən, Sudan, Səudiyyə Ərəbistanı, Azərbaycan və Dağıstana qədər gedib çıxır. Aparıcının ana tərəfdən isə genetik qohumları Braziliyaya qədər yayılıb. Malışeva bildirib ki, onun təcrübəsində Malaxov bu qədər geniş yayılmış genetik şəcərəyə malik ilk insandır.
Onun genetik qohumları, həmçinin Rusiya, Amerika, Meksika və Braziliyada yaşayır. Malaxovun qan analizinə görə,o, 90 faiz avropalı olmasına baxmayaraq, Qafqaz əsillidir.