“Galaxy Note 7” yenidən satışa çıxacaq | 1news.az | Xəbərlər
Dünya

“Galaxy Note 7” yenidən satışa çıxacaq

15:39 - 22 / 02 / 2017
“Galaxy Note 7” yenidən satışa çıxacaq

“Samsung” şirkəti təmir edilmiş “Galaxy Note 7” smartfonlarını yenidən satışa çıxaracaq.

1news.az ICTnews-a istinadən xəbər verir ki, 2017-ci ilin iyununda satışlara start veriləcək.

Bu aparat Hindistan, Vyetnam və başqa inkişaf etməkdə olan bazarlara tədarük olunacaq. Şirkət, həmçinin sözügedən smartfonu yerli bazarda satmağı planlaşdırır.

Təmir edilmiş “Galaxy Note 7” smartfonlarında batareyanın tutumu əvvəlki 3500 milliamper/saatla müqayisədə az olacaq (3000-3200 milliamper/saat). 2017-ci ilin mayınadək akkumulyatorların dəyişdirilməsi prosesi bitəcək. Qurğunun əsas komponentləri olduğu kimi qalacaq, amma onlar yeni korpusla təchiz ediləcək.

“Samsung” şirkətinin məlumatına görə, təxminən 2.5 milyon smartfon təkrar satış üçün yararlı vəziyyətdədir.

Bundan başqa, “Galaxy Note 7” smartfonlarının yenidən satışa qaytarılması şirkəti ekoloji zərərə görə qoyulan cərimədən xilas edəcək. Belə ki, Cənubi Koreyanın Ekologiya Nazirliyi nasaz smartfonların qaydalara uyğun şəkildə utilizasiya edilmədiyi halda şirkətə cərimə kəsiləcəyini elan etmişdi.

“Samsung” şirkəti bu ilin yanvarında “Galaxy Note 7” smartfonlarının alışma səbəbi ilə bağlı 4 aylıq daxili araşdırmanın nəticələrini elan edib. Məlum olub ki, qurğuda məhz akkumulyatorlar partlayıb.

“Samsung” sözügedən smartfonda partlama səbəbini aşkar etmək üçün 200 min aparatı yoxlayıb. Başqa mümkün amillər istisna edildikdən sonra şirkət daha 30 min akkumulyatoru ayrıca sınaqdan keçirib. Məlum olub ki, əsas təchizatçı (“Samsung SDI”) və ikinci dərəcəli təchizatçı (“ATL”) akkumulyatorları müxtəlif nasazlığa malik olublar, amma hər iki problem çox qızma və partlayışa səbəb olub.

1news.az

Paylaş:
426

Sizin üçün xəbərlər

Son xəbərlər

Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01
Bütün xəbərlər