Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək | 1news.az | Xəbərlər
Dünya

Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək

19:59 - 26 / 02 / 2017
Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək

Sabah Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə yekun qərar qəbul edəcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu məsələ Avropa İttifaqı Şurasının fevralın 27-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Qərar martın sonlarında qüvvəyə minəcək. Ukraynaya münasibətdə viza rejiminin liberallaşdırılması ilə bağlı müzakirələr fevralın 28-də davam etdirilməlidir.

Avropa Parlamentində səsvermədən və Avropa İttifaqı Şurasının təsdiqləməsindən sonra Ukrayna vətəndaşları üçün vizasız rejim bir neçə ay sonra qüvvəyə minəcək.

1news.az

Paylaş:
897

Son xəbərlər

Bütün xəbərlər