Əfsanəvi “Nokia 3310” telefonunun yeni versiyası nümayiş etdirilib | 1news.az | Xəbərlər
Dünya

Əfsanəvi “Nokia 3310” telefonunun yeni versiyası nümayiş etdirilib

13:14 - 27 / 02 / 2017
Əfsanəvi “Nokia 3310” telefonunun yeni versiyası nümayiş etdirilib

Fevralın 27-dən martın 2-dək Barselonada keçiriləcək “MWC 2017” sərgisinin açılışına həsr olunan mətbuat konfransında “HMD Global” şirkəti “Nokia 6” smartfonunun beynəlxalq versiyasını təqdim edib.

1news.az ICTnews-a istinadən xəbər verir ki, indiyədək yalnız Çində satılan “Nokia 6” “HMD” şirkətinin “Nokia” brendi ilə təqdim etdiyi ilk smartfondur.

Adi versiya ilə yanaşı, sərgidə parlaq qara rəngli korpusla təchiz edilən “Nokia 6 Art” modeli nümayiş olunub.

“Home” düyməsində barmaq izi skanerinin quraşdırıldığı metal korpuslu smartfon 5,5 düymlü “Full HD” (1920 х 1080 piksel) formatlı ekran, dairəvi haşiyəli “2.5D” ekran, mərhələli avtomatik fokuslu və ikirəngli işıqlandırmalı 16 meqapikselli əsas kamera və 8 meqapikselli ön kamera ilə təchiz edilib.

Qurğunun əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 430” prosessoru, 4 giqabaytlıq operativ, 128 giqabayt tutumlu “microSD” yaddaş kartı ilə genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyatorun tutumu 3 min milliamper/saata bərabərdir.

Qurğu “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Beynəlxalq miqyasda satışına bu ilin ikinci rübündə başlanılacaq “Nokia 6” smartfonunun qiyməti 229 avro, “Nokia 6 Art” versiyasının 299 avro olacaq.

Bundan başqa, “HMD Global” tədbir çərçivəsində əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyasını nümayiş etdirib.

Yeni “Nokia 3310” 320х240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və “microSD” yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.

Boz, qara, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılacaq telefonun qiyməti 49 avro təşkil edəcək. Satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan “Nokia 3310” modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən “Nokia 3310” modelini tapıb ictimaiyyətə təqdim edib.

1news.az

Paylaş:
651

Sizin üçün xəbərlər

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər