Təmas xəttində olan vitse-spikerdən son vəziyyətlə bağlı açıqlama | 1news.az | Xəbərlər
Siyasət

Təmas xəttində olan vitse-spikerdən son vəziyyətlə bağlı açıqlama

16:58 - 27 / 02 / 2017
Təmas xəttində olan vitse-spikerdən son vəziyyətlə bağlı açıqlama

Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar cəbhədə baş vermiş son hadisələri Ermənistanın Azərbaycan ərazisində olan təcavüzkar qoşunlarının təxribatçı hərəkətləri kimi qəbul edirlər”.

1news.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzulinin Qazaxlar kəndində olduğunu və bir neçə ərazi nümayəndəliyində seçicilərlə görüşdüyünü deyən B.Muradova son hadisələrin həmin ərazilərdə yaşayan əhali arasında hər hansı təlaşın yaranmasına səbəb olmadığını da açıqlayıb:

“İnsanlar həmişəki kimi gündəlik həyatlarını sürürlər. Əhali yüksək əhval-ruhiyyədədir, həyəcansız, təlaşsız yaşayırlar və burada real həyat var. Əhali Azərbaycan Ordusunun qüdrətinə güvənərək bu ərazidə yaşayır və Ali Baş komandana, onun rəhbərliyi ilə Ordunun Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edəcəyinə inanırlar”.

B.Muradovanın sözlərinə görə, təmas xəttinə yaxın bölgələrdə insanlar artıq neçə illərdir ki, gərginliklə müşahidə olunan həyat sürməkdədirlər. Ona görə də hansısa bir hadisə onların təlaşa düşməsinə şərait yaratmır:

“Ordumuz istənilən təzyiqin qarşısını alır və düşmənə ciddi zərbələr vurur. İnsanlar da əmindirlər ki, Azərbaycan Ordusu düşmənin istənilən təzyiqinin qarşısını almağa qadirdir”.

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş nəticəsində itkilərimiz olub.

1news.az

Paylaş:
393

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər