Erməni hərbçilərinin növbəti macərasının müvəffəqiyyətsizliyi - Ehtiyatda olan general-mayor Aleksandr Vasyak | 1news.az | Xəbərlər
Siyasət

Erməni hərbçilərinin növbəti macərasının müvəffəqiyyətsizliyi - Ehtiyatda olan general-mayor Aleksandr Vasyak

17:57 - 27 / 02 / 2017
Erməni hərbçilərinin növbəti macərasının müvəffəqiyyətsizliyi - Ehtiyatda olan general-mayor Aleksandr Vasyak

İrəvanın və Xankəndinin hərəkətlərinə siyasi qiymət verməyə ehtiyac yoxdur. Çünki onların öz hakimiyyətini istənilən yolla qoruyub saxlamaq üçün "ağıllı strategiyaları" barədə bu gün hətta evdar qadınlar və məktəblilər də bilir. Məni isə hərbçi insan kimi, bu il fevralın 25-nə keçən gecə cəbhədə baş vermiş toqquşmaların soyuqqanlı təhlili daha çox narahat edir.

Çox az adam bilir, amma Ermənistan rəhbərliyi tərəfindən hərbi dairələr qarşısında cəbhədə, heç olmasa, hər hansı bir lokal uğur qazanmaq barədə tapşırıq qoyulub. Ermənistandan xüsusi təyinatlı bölmələrin döyüş əməliyyatları zonasına atılması və qoşunların təmas xəttində saysız-hesabsız və ardı-arası kəsilmədən diversiya hərəkətlərinə cəhdlər buna sübutdur.

Belə hallarda ermənilərin cinayətkar niyyətlərini pozmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən adi əks-tədbirlər görülür: növbətçi qüvvələr və vasitələr təyin olunur, müşahidə hər tərəfdə gücləndirilir, tələlər, pusqular qurulur, düşmənin fəal tapşırıqları yerinə yetirə bilməməsi üçün digər tədbirlər görülür. İstənilən hərbi mütəxəssis bu barədə bilir. Ona görə də Ermənistanın rəsmi nümayəndələrinin və Vitalik Balasanyan kimi başabəla strateqlərinin Azərbaycanın hücum əməliyyatlarının qarşısının alınması kimi bəyanatları heç bir tənqidə sığmır. Özünüz mühakimə edin.

Məgər kiçik bir qrupla (üç (!) hərbi qulluqçu ilə) hücuma keçmək olar? Məgər Azərbaycan Ordusu bu gün hücum qruplaşmaları yaratmağı və onların hücuma keçməsini savadlı şəkildə planlaşdırmağı bacarmır? Məgər tabeçiliyində olanları xilas etmək üçün irəli atılan və düşmən tərəfindən hücuma və gülləbarana məruz qalan Azərbaycan zabitlərinin qəhrəmancasına hərəkəti hörmətəlayiq deyil? İndi düşmən artıq neçənci dəfədir ki, yenə də öz hirsini onların üstünə tökərək ordumuzun döyüş meydanında qalmış hərbçilərinin cəsədlərini çıxarmağa imkan vermir.

Qədim zamanlardan bəri qarşıdurma tərəflərinin döyüşünün nə qədər qanlı olmasına baxmayaraq, günəşin batmasından sonra döyüş meydanında qalmış meyitlərin və yaralıların götürülməsi qəbul edilmişdi. Məgər qədimliyini iddia edən ermənilər bu ənənə barədə bilmirlər?

Bizi qaniçənlikdə, vəhşilikdə, insana nifrətdə ittiham edən ermənilər özləri döyüş meydanında həlak olanlara hörmətlə bir araya sığmayan ən alçaq əməllərə kimi yuvarlanıblar:

Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin müraciəti də onlara təsir etmir. Hərçənd, İrəvan özünün bütün rəsmi bəyanatlarında onların qərarlarının yerinə yetirilməsinə sadiqliyini qeyd edir.

Yaxşı, indi bu "şanlı" erməni ordusu kiminlə döyüşür? Onların "sərhədlər"inə hücum edən mifik Azərbaycan qoşunları ilə, yoxsa həlak olan, amma öz borcunu sonadək yerinə yetirmiş və düşmənin cinayətkar planını pozmuş döyüşçülərlə?

Ermənistanın cinayətkar rejimi cəbhədə istənilən planlaşdırılmış təxribat ətrafında hay-küy salmaqla, Azərbaycanın "aqressiyası"na dair mövcud olmayan faktlar barədə saxta məlumatlar yaymaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətində status-kvonu qoruyub saxlamağa, Azərbaycan ərazilərinin işğalına görə məsuliyyətdən yayınmağa və döyüş əməliyyatlarının bərpasına görə öz gühanını "xəstə başdan sağlam başın üstünə" atmağa çalışır.

Ehtiyatda olan general-mayor Aleksandr Vasyak

 

Paylaş:
534

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər