Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədlərinin təhlükəsizliyi məsələləri müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədlərinin təhlükəsizliyi məsələləri müzakirə olunub – FOTO

22:53 - 27 / 02 / 2017
Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədlərinin təhlükəsizliyi məsələləri müzakirə olunub – FOTO

Gürcüstanda səfərdə olan Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev, bu ölkənin Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi, Dato Nikoliaşvili və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 27-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyublar.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Fərhad Tağızadə səfərlə bağlı jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfəri bu ölkənin Sərhəd Polisi rəhbərliyinin dəvəti əsasında reallaşdırılıb. Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev Gürcüstanın daxili işlər naziri Georqi Mqebrişvili, Sərhəd Polisinin və patrul xidmətinin rəisləri ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi, bu sahədə normativ-hüquqi baza, sərhəd keçid məntəqələrində vəziyyət, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, narkotiklərin qaçaqmalçılığı, sərhəd təhlükəsizliyinə təhdidlər və s. məsələlər müzakirə olunub. Hər iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə olunub.

Görüşlərdə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin də müzakirə edildiyini vurğulayan F.Tağızadə deyib: “Bu günədək sərhədlərimizin təqribən 65 faizi delimitasiya olunub. Qalan sahələr üzrə məsləhətləşmələr və müzakirələr davam edir. Bu ilin aprelində Gürcüstan ilə dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların görüşü keçiriləcək”.

Qeyd olunub ki, müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə turist axınının sürətləndirilməsinə dair 2017-ci il 20 fevral tarixli Sərəncamına uyğun olaraq, həmsərhəd ölkələr, o cümlədən Gürcüstan ilə dövlət sərhədlərinin buraxılış mənbələrindən şəxslərin sürətli keçidinin təmin edilməsi məqsədilə qarşılıqlı əlaqələndirmə fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

AZƏRTAC

Paylaş:
1121

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər