Milli Məclisdə Türkiyə İzcilik Federasiyasının rəhbərliyi ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisdə Türkiyə İzcilik Federasiyasının rəhbərliyi ilə görüş keçirilib

13:50 - 28 / 02 / 2017
Milli Məclisdə Türkiyə İzcilik Federasiyasının rəhbərliyi ilə görüş keçirilib

Milli Məclisin Gənclər və İdman Komitəsində Türkiyə İzcilik Federasiyasının rəhbərliyi və üzvləri ilə görüş keçirilib.

1news.az-ın məlumatına görə, Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan qonaqları salamlayaraq hər il olduğu kimi bu il də Xocalı soyqırımının ildönümündəki yürüşdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Komitə sədri Azərbaycanda gənclər və idman siyasəti, rəhbərlik etdiyi Komitənin fəaliyyəti barədə Türkiyəli qonaqlara məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə olduğu kimi idman istiqamətində də öz uğurlu fəaliyyəti ilə seçilir.

Türkiyə İzcilik Federasiyasının rəhbəri Hasan Subaşı görüşə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Azərbaycan və Türkiyə bütün sahələrdə yüksək əməkdaşlıq edirlər. Eyni zamanda rəhbərlik etdiyi Federasiya hər il Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün “Ana fəryadı” abidəsinə yürüş edir. Həmçinin Türkiyədə də bu tədbirləri həyata keçirir. Müxtəlif İzci düşərgələrini Azərbaycan şəhidlərinə, Xocalı və Qarabağ həqiqətlərinə həsr edir.

Görüşdə Azərbaycanda izcilərin fəaliyyəti və qarşılıqlı əməkdaşlıq istiqamətində bir sıra fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
490

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər