Prezident İlham Əliyev Pakistana səfərə gedib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Pakistana səfərə gedib - FOTO

14:42 - 28 / 02 / 2017
Prezident İlham Əliyev Pakistana səfərə gedib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.

Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.

1news.az

Paylaş:
822

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər