Elnur Camalxanov Neapol meri ilə görüşdü – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elnur Camalxanov Neapol meri ilə görüşdü – FOTO

17:23 - 28 / 02 / 2017
Elnur Camalxanov Neapol meri ilə görüşdü – FOTO

Neapol-Bakı Assosiasiyasının təşəbbüsü ilə İtaliyada Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

Qonaqları salamlayan Neapol meri bu görüşdən məmnunluğunu ifadə edərək İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb. Neapol meri Azərbaycanla İtaliya arasında turizm əlaqələrinin inkişafı üçün hər iki ölkə arasında birbaşa təyyarə reysinin açılmasını vacibliyini vurğulayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Neapol meri Luici De Magistrislə görüşdə Neapol-Bakı assosiasiyanın vitse prezidenti Elnur Camalxanov təklif səsləndirib.

Assosiasiyanın prezidenti Cüzeppe Kaniqlia təşkilatın bu günə qədər olan fəaliyyətindən qısa söhbət açıb. Bildirib ki, assosiasiya yarandığı 2014-cü ildən indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsində yaxından xidmət göstərib, bir sıra tədbirlərin təşkilatçısı olub.

Assosiasiya tərəfindən tədbirə dəvət olunan Millət vəkili Qənirə Paşayeva da nümayəndə heyətinə xüsusi diqqət göstərdiyi üçün Neapol merinə minnətdarlıq edib. O, erməni vəhşiliyi nəticəsində törədilən Xocalı qətliamının İtaliya ictimaiyyətinə çatdırılmasında Neapol merinin də xüsusi dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Assosiasiyanın vitse prezidenti Elnur Camalxanov İtaliyanın ən böyük ticarət tərəfdaşı kimi Azərbaycanın yaxın dostu olduğunu bildirib. Bu dostluq əlaqələrinin yeni mərhələsinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərindən başladığını prezidentliyi dövründə isə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Neapol və Bakı arasında qardaşlaşma protokolunun imzalanmsı da məhz bu dahi şəxsiyyətin hakimiyyət illərinə təsadüf etdiyini xatırladıb. Nitqinin sonunda o, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə Neapolda abidə ucaldılması təklifini irəli sürüb.

Sonda xatirə şəkli çəkdirilib, merə hədiyyələr təqdim olunub.

1news.az

Paylaş:
1977

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər