Azərbaycanda pensiya yaşı artırılır
Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.
1news.az “Report”a istinadən xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihə 98 dəyişiklikdən ibarətdir.
Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-də tətbiq olunacaq.
1news.az
752