Mobil kitabxana proqramı təqdim olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mobil kitabxana proqramı təqdim olundu - FOTO

18:59 - 28 / 02 / 2017
Mobil kitabxana proqramı təqdim olundu - FOTO

Müxtəlif yaş qrupuna və kateqoriyaya malik  oxucuları etibarlı, innovativ və operativ kitabxana-informasiya xidmətləri ilə təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın bazası əsasında mobil kitabxana proqramı hazırlanaraq kitabsevərlərin istifadəsinə verilib.

1news.az nazirliyə istinadən xəbər verir ki, oxucular  “Mobil Kitabxana” - vBooks proqramını Play Marketdən ödənişsiz olaraq  “Android” əməliyyat sistemi əsasında işləyən mobil telefona və digər elektron cihazlara yükləyə bilərlər.

“Mobil kitabxana” proqramının elektron məlumat bankına siyasi, hüquqi, iqtisadi, tarix, bədii və uşaq ədəbiyyatı, biznes, menecment, dərslik, mədəniyyət, turizm və müasir elm sahələrinə dair beş mindən çox milli və xarici ədəbiyyat daxil edilib.

Proqramda baza üzrə sərlövhə və müəllifə görə axtarış aparmaq mümkündür. Axtarış sistemi tərəfindən istifadəçiyə kitabın üz qabığı və ona dair qısa informativ məlumat (müəllifi, kitabın adı, İSBN nömrəsi, kateqoriyası, faylın həcmi) ekranda təqdim olunur. Proqramda hər bir oxucu fərdi rəfini yarada və ona lazım olan kitabları bazadan seçərək  şəxsi rəfində yerləşdirə bilər. Rəfdə yerləşdirilmiş kitablar üçün əlfəcin funksiyası da nəzərdə tutulub. Yəni hər bir istifadəçi rəfində olan kitablardan birini oxuyub yarıda tərk etdikdən sonra, həmin kitab yenidən seçilən zaman tərk edilmiş səhifədən təqdim olunur. Kitabın mətnində sözə görə axtarış aparmaq, istənilən hissənin surətini çıxarmaq və ya digər əlaqə vasitələri ilə seçilmiş hissəni başqa şəxslərə göndərmək mümkündür. Proqram həmçinin, offlayn rejimində, cihazın İnternetə çıxışı olmadığı zamanda da işlək vəziyyətdə olur. Yəni oxucu bazadan seçərək “Mənim kitablarım” bölməsinə yüklədiyi kitablardan müntəzəm istifadə edə bilər.

Bu mobil proqram vasitəsi ilə oxucular zaman və məkandan  asılı olmayaraq, müxtəlif sahələri əhatə edən, mütəmadi yenilənən və çoxspektrli məlumat bazasına çıxış əldə edəcəklər.

Proqramı aşağıdakı link vasitəsilə android sistemi əsasında işləyən cihazlara yükləyə bilərsiniz.

https://play.google.com/store/apps/details?id=az.itstandard.vbooks

1news.az

 

Paylaş:
505

Son xəbərlər

Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08
Bütün xəbərlər